Almaniyadan Azərbaycana turistlərin avtoyürüşü təşkil olunacaq
08 NOYABR
152

Almaniyadan Azərbaycana turistlərin avtoyürüşü təşkil olunacaq

Almaniyada ənənvi keçirilən köhnə avtomobillərin yürüşünün növbəti finişi Azərbaycanın Abşeron yarımadasında olacaq.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, avtoyürüş 2019-cu il mayın 11-də Almaniyannın Bavariya əyalətindən start götürəcək.

Avtoyürüşün müddəti 184 gün müəyyənləşdirilib. Ümumilikdə finişə qədər 12 ölkədən keçəcək, sürücü və sərnişindən ibarət komandaların yürüşünün finiş xətti Azərbaycanın Abşeron yarmadasındakı “Yanardağ”dır.

Turistlər “Yanardağ”la tanış olduqdan sonra Bakının digər tarixi yerlərini gəzib, ənənəvi qaydalarına uyğun olaraq olaraq avtomobilləri burada qoyaraq gedəcəklər.

Yarışmanın əsas şərtlərindən biri avtomobillərin köhnə olmasıdır. Ona görə, yarış iştirakçıları dəyəri 1000 avrodan çox olmayan avtomobillərdən istifadə etməlidirlər.

Sürücülərin naviqasiyadan istifadə etmələri də qadağandır. Komandalar özləri müstəqil şəkildə fasilə verə, keçəcəkləri on iki ölkədə gecələyə bilərlər.

Bakıda “Yanardağ”ı tapıb ona ilk çatan komandanı isə pul mükafatı gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır