Yaşayış üçün ən əlverişli şəhərlər açıqlandı
12 NOYABR
401

Yaşayış üçün ən əlverişli şəhərlər açıqlandı

“Resonance” Beynəlxalq Məsləhət Şirkəti yaşayış şərtlərinə görə 2019-cu il üçün şəhərlərin reytinqini tərtib edib.

Turizm.fins.az xəbər verir ki, mənzil almaq və işə düzəlmək imkanları, ətraf mühitin vəziyyəti, iqtisadiyyatın və mədəniyyətin səviyyəsi kimi cəmi 23 amil əsas götürməklə dünyanın 100 şəhəri təhlil olunub və birinci yerə London layiq görülüb. Sonrakı yerlərdə Paris, Nyu-York, Tokio, Barselona, Moskva, Çikaqo, Sinqapur, Dubay və San-Fransisko qərarlaşıb.

Qeyd olunur ki, 2017-ci ildə Londona 19,8 milyon turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır