Azərbaycan turizm sahəsində sürətlə inkişaf edən ölkələr arasındadır
14 NOYABR
193

Azərbaycan turizm sahəsində sürətlə inkişaf edən ölkələr arasındadır

Polşanın turizmlə bağlı “TTG” biznes qəzetində dünyanın bu istiqamətdə sürətlə inkişaf edən 10 ölkəsi barədə məlumat dərc olunub. Məlumat verilib ki, ilk onluğa daxil olan Azərbaycanda turizmin inkişafı son bir ildə 20 faiz artıb.

Turizm.fins.az xəbər verir ki, Dünya Turizm Təşkilatının hesablamalarına əsasən, “Bloomberg” agentliyinin hazırladığı məlumatlarda Azərbaycana bir il ərzində 1,7 milyon turistin gəldiyi bildirilir.

Bu onluqda ilk yeri isə 31,1 faiz artımla San-Marino tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır