Qışda ən məşhur turizm obyektləri
14 NOYABR
343

Qışda ən məşhur turizm obyektləri

Qarşıdan uzun qış tətili gəlir. İmkanı olan azərbaycanlılar indidən bayram tətili planlarını qurublar. Kasıb təbəqə tətili ölkə daxili keçirməyə üstünlük versədə , imkanlılar üçün seçim imkanları çoxdur. Bu səbəbdən Turizm.fins.az dünya üzrə çox məşhur olan qış turizm obyektlərinin ilk onluğunun siyahısını sizlərə təqdim edir.

1. Vistler Bləkkomp (Kanada) - Burada dünyada ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa, Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi mətbəxləri təklif olunur.

2. Kitzbuhel (Avstriya) - Həm də Alp incisi adlanan bu düşərgənin 700 illik tarixi var. Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.

3. Zermatt (İsveçrə) - burada dünyanın ən böyük dağ liftləri yerləşir.

4. Vail (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.

5. Banff Alberta (Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir.

6. Şamonix Monblan (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.

7. Styuve (ABŞ-Yeni İngiltərə ştatı) - burada 90 fərqli mağaza və 60 restoran fəaliyyət göstərir.

8. Tremblant (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır.

9. Kortina (İtaliya) - 1956-cı ildə Qış Olimpiya oyunlarına səhnə olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.

10. Aspen (ABŞ-Kolorado) - Burada uca dağlarla dərin kanyonlar vəhdət təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır