Azərbaycan vətəndaşları Rusiyaya gələn-gedənlərin sayına görə ilk 5-likdədir
16 NOYABR
160

Azərbaycan vətəndaşları Rusiyaya gələn-gedənlərin sayına görə ilk 5-likdədir

Bu ilin yanvar-sentyabr aylarında Rusiyaya 3,9 mln. nəfər turist gəlib.

Turizm.fins.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizliyi Xidmətinin sərhəd xidmətindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur. 

Doqquz ay ərzində Rusiyaya gələn-gedənlərin ümumi sayı isə 1,9% artaraq 25,5 mln. nəfərə çatıb. Qonşu ölkə ən çox Ukraynadan adam qəbul edib - 7,2 mln. nəfər. Növbəti yerlərdə Qazaxıstan (3,3 mln. nəfər), Özbəkistan (1,9 mln. nəfər), Tacikistan (1,1 mln. nəfər) və Azərbaycan (861,5 min nəfər) vətəndaşları qərarlaşıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır