Azərbaycan Laplandiyasında Yeni İl - Qiymətləri
17 NOYABR
499

Azərbaycan Laplandiyasında Yeni İl - Qiymətləri

Bir çoxlarımız bilir ki,Yeni İl Bayramının əvəzedilməz atributu sayılan Santa Klausun vətəni, məhz Finlandiyada, Laplandiyadır. Bu yerlər qarlı və eyni zamanda gözəlliyi ilə insanlarda isti atmosfer yaradan sehirli məkandır. Eyni ilə Azərbaycanın qarlı Quba-Qusarı kimi. Ölkəmizin ecazkar təbiəəti səyahəti sevən insanlar üçün dünyanın istənilən məkanını ölkəmizdə yaratmağa imkan verir. Bəs ölkəmizin Laplandiyasında istirahət neçəyədir? Bu suala cavab tapmaq üçün Hotels 24.az Yeni İl bayramına otellərdə qiymətləri öyrənib.

“Pik Palace Hotel”5*

“Pik PalaceHotel” Qusar –Laza yolunun 29 kilometrliyində yerləşir. Mehmanxanada xüsusi dağ və meşəlik mənzərəsinə açılan 167 nömrə var. Adı çəkilən oteldə təqdim edilən qiymətlər 28 dekabr – 5 yanvar tarixlərini əhatə edir. Belə ki, Yeni İl Bayramı günlərində oteldə minimum qonaqlama 3 gecə olmalıdır. Oteldə 1 gecə bir və iki nəfərlik otaq üçün qonaqlaqma qiyməti 740 manat təşkil edir. Qiymətə səhər yeməyi də daxildir.

Otelin Ball Room otağında 30 - dekabr -2 yanvar qonaqlama ilə Qala gecəsi daxil bir nəfər üçün 2250, iki nəfər üçün isə sadalananlar daxil 2750 manatdır.

30 dekabr -2 yanvar tarixlərində Alpina restoranında bufet daxil bir nəfər üçün qonaqlama 2200, iki nəfər üçün 2500 manat təşkil edir.

Həmçinin oteldə qonaqlamadan da Qala gecəsinə qatılmaq olar. Belə ki, 1 nəfər üçün Qala şam yeməyi 500 manat, Alpina restoranında isə 300 manat təşkil edir.

Üşaqlar üçün əlavə olaraq Qala şam yeməyi 250 manat, Alpina restoranında isə 150 manat təşkil edir.

Məlumat üçün bildirək ki, qonaqladığınız otağa əlavə yataq sifariş etsəz105 manat əlavə ödəməli olacaqsız.

“Park Challet”5*

Qusarda Şahdağın ətəyində yerləşən otellərdən bir də Park Challet oteldir.Qeyd edək ki, Park Challet Azərbaycanda olan ən dəbdəbəli otellərdən biridir. Mehmanxana Quba şəhərinin mərkəzindən 30 kilometr aralıda yerləşir.

Qiymətlərə gəlincə isə minimum 3 gecə qonaqlama şərtiilə 28 dekabr – 5 yanvar tarixlərində 1 nəfərin 1 gecə səhər yeməyi daxil qonaqlaması 690 manat təşkil edir.

Adı çəkilən oteldə 30 dekabr 2 yanvartarixlərində bir nəfərlik otaq 2300 manat, iki nəfərlik otaq isə 2700 manatadır. Bu zaman əlavə şam yeməyi 400 manat böyüklər üçün, 200 manat isə uşaqlar üçün olacaq.

“Quba Palace Hotel”5*

Bu otel Quba şəhər mərkəzindən 7 kilometr aralıda Əski İqrıq kəndində yerləşir. Mehmanxananın 212 göl və dağ mənzərəli otaqlar,26 villası var. Bundan başqa qolf meydançası ilə yanaşı şəxsi helikopterlə otelə çatdırılma imkanı var. Oteldə 28 dekabr 5 yanvar tarixlərində qonaqlama qiymətləri isə belədir:

Bir gecəlik qiymətlər standart otaq üçün 240-340 manat arasında dəyişir. 31 dekabr-1yanvar tarixləriüçün noyabr ayında rezervasiya olacağı halda 1599 manat, dekabr ayında olacağı halda isə 1699 manat təşkil edəcək. Qiymətə iki nəfərin qonaqlaması , səhər yeməyi və şam yeməyi daxildir. 31 dekabrda isə qiymətə nahar da daxildir.

 

Müəllif:Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır