“Kamaz”ı alıb, evə çevirdilər - FOTO
21 NOYABR
658

“Kamaz”ı alıb, evə çevirdilər - FOTO

Britaniyalı cütlük İona Stivart və Martin Hill səyahət etməyi çox sevir.

Turizm.fins.az xəbər verir ki, cütlük həm sürətli səyahət etmək, həm də evdə imiş kimi rahatlıq tapmaq üçün kamaz alıb, onu evə çeviriblər.

İnternetdən axtarışa verib 4 min 500 dollara ikinci əl TIR alan cütlük kamazı çox rahat bir evə çevirib.

Bildirilir ki, cütlük evin içərisini təmir etmək üçün 26 min dollar xərc çəkib. Onların möhtəşəm və gəzən evləri cəmi 30 min 500 dollara başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır