Bu günə olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib
22 NOYABR
231

Bu günə olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib

Noyabrın 22-də həyata keçirilməli olan Süleymaniyə-Bakı-Süleymaniyə aviareysi ləğv edilib.

Fins.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “Iraqi Airways” aviaşirkətinin saat 17:30-da “IA 429” saylı Süleymaniyədən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Iraqi Airways” aviaşirkətinin 18:30-da Bakıdan Süleymaniyəyə olan “IA 430” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing B737-300” təyyarəsi ilə həyata keçirilməli idi.

Süleymaniyə-Bakı-Süleymaniyə aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır