Dağların başında “ulduz otağı” - FOTO
23 NOYABR
650

Dağların başında “ulduz otağı” - FOTO

Şimali İtaliyada – Kortina Dampezzoda yerləşən taxta tikili yer üzündəki ən gözəl qaçış nöqtələrindən biridir.

Turizm.fins.az xəbər verir ki, Alp dağlarında, 2055 metr yüksəklikdə, sadəcə, ulduzları izləmək üçün tikilmiş bir daxma var.

Dolomiti sıra dağları üzərində yerləşən bu daxmaya “ulduz işığı otağı” adı verilib.

Adından da göründüyü kimi, dörd bir tərəfində şüşə olan tikili gecələr şəhərlərdə görülməsi mümkün olmayan bir göy üzü mənzərəsini qarşınıza gətirir.

Gündüzlər isə Alp dağlarının insanda qorxu ilə heyranlıq arasında bir duyğu yaradan mənzərəsi ilə baş-başa qalmaq mümkündür.

2055 metr yüksəklikdə yerləşən daxmanın ətrafında mənzərəyə mane olan heç nə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır