Tehran-Bakı aviareysi naməlum səbəbdən ləğv edilib
29 NOYABR
175

Tehran-Bakı aviareysi naməlum səbəbdən ləğv edilib

Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib. Turizm.fins.az Azərtac-a istinadən xəbər verir ki, “Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Həmçinin, aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi. Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır