İran aviaşirkəti Bakıya uçuşları dayandırıb - SƏBƏB
30 NOYABR
344

İran aviaşirkəti Bakıya uçuşları dayandırıb - SƏBƏB

"İran Air" aviaşirkətinin Tehrandan Bakıya və əks istiqamətdə reysləri ləğv edilib. Şirkətin Bakı nümayəndəliyindən bunu "sərnişinlərin sayının az olması" ilə izah ediblər. 

Mənbə qeyd edib ki, şirkətin reysləri dekabrın 6-na qədər ləğv edilib.

"İran Air" həftədə iki dəfə Tehran-Bakı-Tehran marşrutu ilə reyslər həyata keçirir. Bu zaman Azərbaycanın ucuzlu Buta Airways şirkəti əvvəlki rejimdə - hər gün reyslər həyata keçirməyə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır