Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlandı
04 DEKABR
210

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlandı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 1 311 907 nəfər səfər edib.

Bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhvəri Giorgi Çoqovadze bildirib.

O deyib ki, illik müqayisədə Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 9,8% atrım qeydə alınıb.

Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbilər arasında Rusiyadan sonra (1 341 127 nəfər) ikinci yeri tutub. Üçüncü yerdə Ermənistan (1 162 220), dördüncü yerdə isə Türkiyə (1 031 147) qərarlaşıb.

11 ay ərzində Gürcüstana, ümumilikdə, 8 105 829 nəfər əcnəbi səfər edib ki, bu da illik müqayisədə 10,6% çoxdur. Turistlərin sayı 4 486 595 nəfər (+17,2%) təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır