Bu il ən çox turist axını olan şəhərlər açıqlandı
05 DEKABR
149

Bu il ən çox turist axını olan şəhərlər açıqlandı

Böyük Britaniyanın “Euromonitor İnternational” təhlil şirkəti 2018-ci ildə ən çox turist axını olan şəhərlərin siyahısını açıqlayıb.

Turizm.fins.az xəbər verir ki, reytinqdə birinci yeri, təqribən, 30 milyon (2017-ci ilə nisbətən 7 faiz artım) turistin baş çəkdiyi Honqkonq tutub. İkinci sırada Banqkok (23,6 milyon turist, +5,5 faiz), üçüncü yeri London (20,7 milyon turist, +4,5 faiz) qərarlaşıb. İlk üçlüki keçən ildəki kimi yerini saxlayıb.

Sonrakı yerlərdə Makao (18,9 milyon, +9,3 faiz), Sinqapur (18,5 milyon, +5,3 faiz) qərarlaşıb. İlk 10-luğa həmçinin Paris, Dubai, Nyu-York, Kuala Lumpur, Şencen daxil olub.

Ümumiyyətlə, əvvəlki ilə nisbətən turistlər arasındakı rəğbətin artımına görə də reytinq tərtib edilib. Bu reytinqdə ilk beşlik belədir: Yerusəlim, Cennai, Agra, Dehli, Punta Kana. İkinci-dördüncü şəhərlər Hindistanda, beşinci Dominikan Respublikasında yerləşir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır