Amsterdamın ən məşhur rəmzini sökdülər - FOTO
05 DEKABR
154

Amsterdamın ən məşhur rəmzini sökdülər - FOTO

Niderland hökuməti 2004-cü ildə Dövlət muzeyi qarşısındakı meydanda quraşdırılan paytaxtın ən məşhur rəmzini - “I am Amsterdam”ı sökmək qərarına gəlib.

Turizm.fins.az-ın xəbərinə görə, bu barədə “de Volkskrant” məlumat yayıb.

Belə ki, “Yaşıl sollar” partiyasının məşhur ağ-qırmızı yazını aradan götürmək təklifini Amsterdam şəhər icması da dəstəkləyib. Təklifi irəli sürənlər hesab edir ki, “Mən – Amsterdamam” şüarı fərdi xarakter daşıyır və “həmrəylik və müxtəliflilik” adına layiq şəhərə yaraşmır. 

Hər halda, məşhur yazının fonunda şəkil çəkdirə bilməyən turistlər üzülməyə bilər. Belə ki, şəhər rəhbərliyi onu şəhərin daha az tanınan yerinə köçürəcək.

Daha əvvəl, yerli əhali Van Qoq və Remdrandtın ən gözəl əsərləri ilə deyil, marixuana və spirtli içkilərdən istifadə etməyə gələn çoxlu sayda turistlərə qarşı üsyan ediblər.

Bundan əlavə, Amsterdam şəhər rəhbərliyi “Qırmızı fənərlər” küçəsinin işçilərinin şəkillərini çəkməyə və onların üzlərinə baxmağa da qadağa qoymuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır