“Tarqovıda” qış nağılı - VİDEO
05 DEKABR
323

“Tarqovıda” qış nağılı - VİDEO

Dekabrın 1-dən fəaliyyət göstərən “Soyuq əllər, isti ürək” yarmarkası bu dəfə də həm şəhər sakinlərinin, həm də ölkəmizə gələn turistlərin marağına səbəb olub. 

Burada 47 çadır qurulub və hər birində cürbəcür şirniyyatlar, bir-birindən fərqli milli və xarici yeməklər, suvenirler və aksessuarlar sərgilənib.

Bundan əlavə, yarmarkada yemək və istirahət etmək üçün də xüsusi şərait yaradılıb. 

Yanvarın 6-na kimi davam edəcək yarmarkadan toplanan vəsait ənənəvi olaraq xeyriyyə işlərinə sərf ediləcək. 

"Baku TV"nin əməkdaşlarının hazırladığı reportajı təqdim edirik :
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır