Fransızlar Azərbaycanda xizək mərkəzi tikir
06 DEKABR
198

Fransızlar Azərbaycanda xizək mərkəzi tikir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub. 

Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə ona məlumat verib.

Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir. 

Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcək.

V. Talıbov tikinti işlərinin keyfiyyətlə aparılması və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır