"Sevirəm" parkında möhtəşəm Yeni il ab-havası - VİDEO
18 DEKABR 2018
471

"Sevirəm" parkında möhtəşəm Yeni il ab-havası - VİDEO

Bakı gecələri Yeni il ərəfəsində daha möhtəşəm olub.

Turizm.fins.az xəbər verir ki, paytaxtın Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində yaradılan bayram ab-havası sakinləri heyran edir.

Parkda əyləncə məqsədilə xüsusi konstruksiya ilə quraşdırılmış fayton və avtobus, gözəl bəzədilmiş Yeni il yolkası gecə saatlarında ziyarətçiləri sanki ovsunlayır.

Axşam və gecə saatlarında burada izdiham yaşanır. Paytaxt sakinləri və şəhərimizin qonaqlarının ən çox sevib-seçdiyi məkanlardan biri məhz "Sevirəm" parkıdır.

 








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır