Dünya ölkələrində Yeni il ənənələri
19 DEKABR 2018
373

Dünya ölkələrində Yeni il ənənələri

Bütün dünya Yeni ili qeyd etməyə hazırlaşır. Dünyanın hər yerində Yeni ili eyni cür qarşılamırlar. Bununla bağlı maraqlı adət-ənənələr mövcuddur. 

Turizm.fins.az müxtəlif ölkələrə aid olan Yenil il adətlərini təqdim edir.

1. Yaponiya

Gündoğar ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Yeni ildə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdırl. Yeni ildə həmin istəklər reallığa çevriləcək.

2. İtaliya 

Bu ölkədə Yeni il günü sakinlərin öz köhnə əşyalarını və mebellərini pəncərədən küçəyə atması barədə hər kəs eşitsə də, əslində bu əfsanədən başqa bir şey deyil. Uzun illərdir ki, turistləri ölkəyə cəlb etmək üçün italyanlar bu əfsanəni inamla yayırdılar. Əslində isə bu ölkədə Yeni il günü sakinlər yerli Şaxta baba - Bobbi Natale kimi qırmızı rəngə bürünürlər. Bayram günü corab, köynək ya da papaqlarında qırımız rəngə üstünlük verirlər. Həmçinin belə günlərdə süfrələrin üzümlə bəzədilməsinə üstünlük verilir.

3. Argentina 

Əgər Yeni il günü küçələrdə çoxlu kağızlar görsəniz, onda bilin ki, siz Argentinadasınız. Bu Cənubi Amerika ölkəsində bayram günü mənzildə olan bütün lazımsız kağızlar, qəzet-jurnallar, ötən ilin təqvimləri, qurumların lazımsız sənədləri və kitablar pəncərədən çölə atılır. Yerli sakinlər bu adətlə həm də stress atmağın yolunu görürlər.

Almaniya. Yeni il gecəsi bütün nişanlı oğlanlar sevdikləri qızın evinin altına gələrək gələcək həyat yoldaşı ilə göyə atəş açır. Hesab olunur ki, onlar göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələri bir o qədər möhkəm olacaq. Bundan başqa, stulların üstünə çıxan sıravi almanlar növbəti ilə keçən anda özlərini yer atırlar. Yeni ilin çoxlu sərvət gətirməsi üçün isə hər kəs əlinə pul sikkəsi götürür.

Efiopiya. Afrika ölkəsində Yeni il sentybarın ortalarına təsadüf edir. Yerli sakinlər odun və kolları bir yerə toplayaraq tonqal qalayırlar. Sonra isə tonqalın ətrafında rəqs edərək,  mahnı oxumaqla Yeni ilə çağırış edirlər.

Monqolustan. Asiya ölkəsində Yeni il maldarlıq bayramı ilə üst-üstə düşdüyündən atçılıq yarışları keçirilir. Avropa xalqlarında olduğu kimi, Monqolustanda da insanlar küknar ağacının başına toplaşır və Uvlin Uvqun (Şaxta baba) ilə qarşılaşırlar. Uvlin Uvqun tülkü dərisindən papaq və kürkdə olur.

ABŞ. Dünyanın hegemon ölkəsində də Yeni ilin əsas hadisələri küknar ağacının altında cərəyan edir. Amerikalılar Yeni ildə bir-birinə hədiyyə verməyi xoşlayırlar.

Ekvador. Cənubi Amerika ölkəsi ən qəribə Yeni il adətinə malik dövlətlərdəndir. Burada yerlıi sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayırlar və həmin kuklanı yaşadıqları məhlədə, yaxud meydançalarda yandırırlar. Hesab oulnur ki, bununla ekvadorlular növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edirlər.

İrlandiya. İrlandlar Avropanın ən içkisevən milləti sayılır və Yeni il axşamı sadə vətəndaşlar evlərinin qapılarını açıq saxlayırlar. Belə anlarda istənilən şəxs evə daxil ola bilər. Bu zaman ev sahibi onu süfrəsinin başına keçirdərək xalis irland viskisinə qonaq edəcək. Yeni ilə az qalmış isə bütün irlandlar şəhərin baş meydanına toplaşaraq içki içir, rəqs edir və əylənirlər.

Avstraliya. Dünyanın o biri başında yerləşən ada dövlətində Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edirlər. Santa Klaus isə Avropada olduğu kimi ağ saqqala və qırmızı papağa malik olsa da, xarici görkəmi tam fərqlidir.

Kuba. Azadlıq adası zəngin Yeni il adətləri ilə seçilir. Burada bayran günü hər kəs evdəki qab-qacağı, stəkanları su  ilə doldurur. Əqrəblər 12-ni göstərdikdə isə bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar və açıq il olur. 
Paralel olaraq, kubalılar bayram gecəsi ilin aylarını simvolizə edən 12 üzüm dənəsi yeməlidir. Bu onlara uğur gətirməlidir. Gecənin sonunda isə ada sakinləri əllərində fişəng və məşəl küçələrdə rəqs edirlər.

Yaponiya. Gündoğar ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Yeni ildə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdırl. Yeni ildə həmin istəklər reallığa çevriləcək.

İsveç. Soyuq skandinav xalqı isçevlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırmalqa məşğul olur.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır