“Buta Airways”dən müştərilərə əcaib tələb
20 DEKABR 2018
381

“Buta Airways”dən müştərilərə əcaib tələb

“Buta Airways” aviaşirkəti aviabiletin ödənilməsi üçün istifadə olunan kartı təqdim etməyi xahiş edə bilər.

Şirkətdən verilən məlumata görə, minimal qiymətə təqdim olunan "Büdcə" və "Standart" tarifli aviabiletləri yalnız rəsmi saytdan əldə etmək mümkündür.

“Aviabileti qeyd olunan tariflərlə aldığınız təqdirdə hava limanında qeydiyyat masasının əməkdaşları sizdən aviabiletin ödənilməsi üçün istifadə olunan kartı təqdim etməyi xahiş edə bilərlər. Turizm agentliklərdən isə yalnız 23 kq baqaj, 10 kq əl yükü və aeroportda pulsuz qeydiyyatın daxil olduğu "Super" tarifli aviabiletləri əldə edə bilərsiniz”, - deyə məluamtda bildirilir.

Şirkət üçüncü tərəfdən aviabilet alan zaman mütləq tarifinə diqqət etməyi tövsiyə edir.

© Finans 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır