İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb
21 DEKABR 2018
196

İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

Xarici səfər etmiş 4 milyon 464 min 500 nəfər ölkə vətəndaşlarının 33,3 faizi və ya 1 milyon 486 min nədəri İrana səfər edib.

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4 milyon 464 min 500 nəfər olmuşdur.

Turizm.fins.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3 faiz, Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz  azalmışdır.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,2 faizi dəmir yolu və avtomobil, 18,0 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır