Səfir: "Azərbaycan rusiyalı turistlər üçün cəlbedici istiqamətə çevrilir"
24 DEKABR 2018
180

Səfir: "Azərbaycan rusiyalı turistlər üçün cəlbedici istiqamətə çevrilir"

"Azərbaycan artıq Rusiya vətəndaşları üçün tanınmış və cəlbedici turizm istiqamətinə çevrilir. Rusiyalı turistlər Azərbaycana həm yayda, həm də qışda səfər edirlər. 2018-ci ildə Rusiyadan Azərbaycana turist axınında 20%-lik artım qeydə alınıb".

Turizm.fins.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, o, bu yaxınlarda Şahdağdakı dağ-xizək mərkəzində olub.

"Azərbaycanın dağ-xizək mərkəzləri ilə Şimali Qafqazın dağ-xizək mərkəzləri arasında fəal əməkdaşlıq qurulur", - rusiyalı diplomat əlavə edib.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır