Bu gün milyonlarla insan tərəfindən "Christmas" bayramı qeyd edilir - VİDEO
25 DEKABR 2018
244

Bu gün milyonlarla insan tərəfindən "Christmas" bayramı qeyd edilir - VİDEO

Milad bayramı hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Əksər müsəlman xalqları kimi, azərbaycanlılar da bu bayramı Milad (Doğulma) adlandırırlar. Xristian Qərb xalqları, o cümlədən ingilislər isə bayramı “Krismas” (Christmas) adlandırırlar. Christmas sözü iki sözün “Christ” və “mass” sözlərinin birləşməsindən əmələ gəlməklə, “İsanın messiyası” mənasını verir. Orta ingilis dilində “Cristemasse”, qədim ingilis dilində isə “Crīstesmæsse” kimi səslənən söz mənbələrdə ilk dəfə 1038-ci ildə, daha sonra isə 1131-ci ildə İsa messiyası ilə bağlı qeyd alınıb.

Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşıb. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.

Ailə ilə birgə yeyilən ənənvi Milad yeməyi bayram ənənələrinin mühüm hissələrindən biri olmaqla ölkədən-ölkəyə dəyişən xüsusiyyətlərə malikdir. Bəzi ölkələrdə Milada xas olan xüsusi yeməklər vardır, məsələn, Siciliyada bayram masasına 12 növ balığn qoyulması ənənəsi vardır. Birləşmiş Krallıq və onun ənənələrindən təsirlənmiş ölkələrdə Milad nahar süfrəsində hind toyuğu və ya qaz, ət, ət suyu, kartof, tərəvəzlər, bəzən isə çörək və şərab olur. Milad naharı üçün xüsusi desertlər də hazırlanır ki, bunlardan da ən əsasları Milad pudinqi, şirin peçenyelər və meyvəli piroqlardır.

Polşada və digər Şərqi Avropa  ölkələrində, həmçinin Skandinaviya ölkələrində balıq əsas milad yeməyi olsa da, zəngin ailələr Milad süfrəsinə ət yeməkləri də qoyurlar. Almaniya, Fransa və Avstriyada isə qaz və qaban əti sevimli Milad yeməyi hesab olunur. Mal əti, donuz əti və toyuq əti də dünyada Milad süfrəsinin ən məşhur nemətlərindən hesab edilir. Malta ənənəsində Gecəyarısı ibadəti və Milad mövsümü ərzində şokolad və şabalıdla, yerli içki olan “İmbuljuta tal-Qastan” təqdim edilir. Slovaklar ənənəvi olaraq “potica”, fransızlar “bûche de Noël”, italyanlar isə “panettone” adlı Milad şirniyyatı hazırlayırlar. Miladda şəkər və şirniyyatların yeyilməsi bütün dünyada məşhurlaşmış, bu isə alman stollenin, marzipan pirojnasının və Yamayka rum meyvə piroqlarının yayılmasına gətirib çıxarmışdır. Portağal şimal ölkələrində nadir tapılan nadir bitkilərdən biridir ki, Milad süfrəsi ilə əlaqələndirilmiş və Milad yeməklərinə əlavə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır