Rusiyalı turistlər Azərbaycanı seçirlər
26 DEKABR 2018
136

Rusiyalı turistlər Azərbaycanı seçirlər

“TurStat” agentliyi rusiyalı turistlərin dekabr və yanvar ayları üçün ən populyar istiqamətləri açıqlayıb.

Turizm.fins.az xəbər verir ki, siyahıya Minskin “Loqoysk” və “Siliçi” dağ xizəyi kurortları başçılıq edir.  

Daha sonra Azərbaycanın “Şahdağ” və “Tufandağ” kurortları gəlir. Onları Almatıdakı “Çimbulak” kurortu izləyir. 

Bildirilir ki, rusiyalı turistlər MDB ölkələrində qış turları zamanı günlük qalma və qidalanmaya 50-100 dollar xərcləyirlər. Ortalama qalma müddəti isə 3-5 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır