Azərbaycanla Belarus arasında təyyarə reyslərinin artırılması müzakirə olunur
27 DEKABR 2018
195

Azərbaycanla Belarus arasında təyyarə reyslərinin artırılması müzakirə olunur

"Belarus Azərbaycanla müntəzəm təyyarə reyslərinin artırılması barədə danışıqlar aparır".

Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Ahramoviç mətbuat konfransında deyib.

“Əslində, kiçik şirkət olan “BelAvia” maddi-texniki baza sarıdan “AZAL”dan geri qalır. Odur ki, beynəlxalq reyslər, məsələn, Minsk – Nyu-York reysini həyata keçirmək üçün Azərbaycana məxsus təyyarələri cəlb etmək istərdik”, – diplomat bilditrib. 

O, bununla yanaşı, Bakıya hava reyslərində yük dövriyyəsini də artırmaq niyyətində olduqlarını söyləyib.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır