Türkiyədə turistlər vergi ödəməli olacaqlar
28 DEKABR 2018
316

Türkiyədə turistlər vergi ödəməli olacaqlar

Türkiyədə turistlər təhlükəsizlik vergisi ödəməli olacaqlar.

Turizm.fins.az xəbər verir ki, müvafiq qayda 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minir.

Yenilik Türkiyəni hava limanları vasitəsi ilə tərk edən turistlərə şamil olunacaq.

Ölkənin bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirən Türkiyə hökuməti xərclərin bir hissəsini turistlərin üzərinə qoyur.

Yeni vergi rüsumunu istər Türkiyə vətəndaşları, istər də əcnəbilər ödəməli olacaqlar. Bu məsələdə yaş həddi və səfər mövsümü kimi amillər nəzərə alınmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır