Türkiyədə aviareyslər təxirə salındı
04 YANVAR
520

Türkiyədə aviareyslər təxirə salındı

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Turizm.fins.az-ın Trend-ə istinadən məlumatına görə, kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Qeyd olunur ki, daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.

Bundan başqa, İstanbul-Saloniki və İstanbul-Koşitse beynəlxalq reysləri təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır