Rusiyanın Jeleznovodsk şəhərinə rekord sayda azərbaycanlı səfər edib
07 YANVAR
198

Rusiyanın Jeleznovodsk şəhərinə rekord sayda azərbaycanlı səfər edib

2018-ci ildə Rusiyanın Jeleznovodsk şəhərinə Azərbaycandan 1 500 nəfər turist kimi səfər edib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şəhər administrasiyasının məlumatında deyilir.

Bununla da azərbaycanlılar bu kurort şəhərini ziyarət edənlər arasında mütləq rekorda imza atıblar.

Belə ki, ötən il ərzində, ümumilikdə, bu şəhərə 120 mindən artıq turist istirahət üçün səfər edib. Onların arasında 200 vətəndaş İsraildən olub. Ötən il Jeleznovodska 16 amerikalı, 12 avstraliyalı, Yunanıstan və İtaliyanın hər birindən 8 vətəndaş və 1 braziliyalı səfər edib.

Bundan başqa, şəhəri ziyarət edənlər arasında Qazaxıstan və Özbəkistan vətəndaşları da var. Ancaq bununla belə, istirahət edənlərin böyük əksəriyyətini ruslar təşkil edib. Ötən il ərzində  Moskva, Sankt-Peterburq, Tümen, Surqut və Novosibirsk şəhərlərindən buradakı kurort mərkəzlərinə gələnlərin sayı daha çox olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır