İstanbulda qar həyatı iflic etdi
07 YANVAR
288

İstanbulda qar həyatı iflic etdi

İstanbulda yağan güclü qar həyatı iflic edib. 

Turizm.fins.az  xəbər verir ki, güclü qar səbəbindən bir sıra daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Məlumata görə, İstanbulun Atatürk aeroportundan Sinop, Antalya, Qaziantep, Saloniki, Kişinyov, Xarkov, Odessa, Belqrad, Sofiya, Malta istiqamətində olan reyslər ləğv edilib.  

Bundan başqa, bir çox məktəblər tətilə buraxılıb, yollarda nəqliyyatın hərəkəti iflic olub. 

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır