“XanNad” Azərbaycanın cənubunda otelin inşası üçün investor axtarışındadır
09 YANVAR
192

“XanNad” Azərbaycanın cənubunda otelin inşası üçün investor axtarışındadır

"XanNad" Elmi-İstehsalat Şirkəti Astarada 3 ulduzlu otelin inşası üçün investor cəlb etməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib. 

Layihənin məqsədi Talış dağlarında müasir rekreasiya zonasının yaradılmasıdır.

Reallaşdırılma müddəti 1 il təşkil edən layihənin dəyəri 1,8 mln. manatdır. 

Şirkət bu məbləğin 12%-ni, yəni 216 min manat ayırmağa hazırdır. Qalan məbləğ (layihənin ümumi dəyərinin 88%-i) üçün potensial investorun cəlb edilməsi planlaşdırılır. 

Layihə xərclərinin çıxarılma müddəti 7 il təşkil edəcək.

©İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır