Azərbaycanlı ekspert dünyanın qabaqcıl otel şəbəkələrindən birinə rəhbər təyin olunub
09 YANVAR
645

Azərbaycanlı ekspert dünyanın qabaqcıl otel şəbəkələrindən birinə rəhbər təyin olunub

Azərbaycanın turizm və otelçilik üzrə tanınmış ekspertlərindən olan İlkin Rüstəmov dünyanın qabaqcıl otel şəbəkələrindən olan Serena Hotels Group-da vəzifəyə təyin edilmişdir. Bu barədə ekspert Fins.az məlumat veərərkən qeyd edib.

Bakı/08:00/Xeybər Heydərov/Fins.az

Məlumat üçün bildirək ki, bu qrup öz idarəçiliyində dünya üzrə 40-dan artıq lyuks sinfinə daxil olan otellər şəbəkəsini birləşdirir. İlkin Rüstəmov Serena Hotels Groupun Tacikistanın paytaxtı Duşanbə şəhərində yerləşən və bu ölkənin ən prestijli otel-turizm kompleksi olan Serena Hotel Dushanbe-nin Satış və Marketing Departamentinin Direktoru vəzifəsinə təyin olunmuşdur.

Xatırladaq ki, İlkin Rüstəmov bundan öncə Azərbaycanda Fairmont Hotels, Rixos Hotels, Absheron Hotel Group and PMD Hospitality Group-da Satış və Marketing üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, həmçinin çoxsaylı beynəlxaq turizm sərgilərinin iştirakçısı olmuşdur və ölkəmizin turizm potensialının tanıdılması üzrə fəal turizm peşəkarlarından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır