“Airbus” və “Boeing” 2018-ci ildə tədarük planlarını yerinə yetirməyib
10 YANVAR
159

“Airbus” və “Boeing” 2018-ci ildə tədarük planlarını yerinə yetirməyib

Avropanın “Airbus SE” təyyarə sənayesi konserni və onun əsas rəqibi olan ABŞ-ın “Boeing Co” şirkəti 2018-ci ildə müştərilərə nəzərdə tutulan sayda təyyarə çatdıra bilməyib.

Turizm.fins.az “Report”a istinadən xəbər verir ki, “Boeing” il ərzində 810-815təyyarə nəzərdə tutulduğu halda 806-ni tədarük etdiyini açıqlayıb. Bu, rekord göstərici olsa da, 2011-ci ildən ilk dəfədir şirkət proqnozu yerinə yetirməyib. 

“Dow Jones”in məlumatına görə, bunun səbəbi mühərriklərin və müxtəlif hissələrin yaydan etibarən ortaya çıxmış qıtlığıdır.

“Airbus” da ötən il tədarük etdiyi 800 təyyarənin rekord rəqəm olduğunu açıqlayıb. Ümumiyyətlə, dünyanın iki ən iri təyyarə istehsalçısı 2017-ci ildəki 1481-ə qarşı ötən il ərzində müştərilərinə 1608 təyyarə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır