Sağlam istirahət üçün dünyanın ən yaxşı şəhərləri açıqlandı
10 YANVAR
316

Sağlam istirahət üçün dünyanın ən yaxşı şəhərləri açıqlandı

Sağlam istirahət üçün dünyanın ən yaxşı 50 şəhəri siyahısına Paris başçılıq edir. 

Turizm.fins.az xəbər verir ki, bununla bağlı “Daily Mail” məlumat yayıb. 

“TravelSupermarket” şirkətinin ekspertləri reytinqi hazırlayarkən parkların, idman zallarının, spa-salonlarının, yoqa studiyalarının, vegetarian restoranlarının və sağlam qida satan mağazaların, eləcə də, bir il ərzindəki günəşli günlərin sayını nəzərə alıblar. 

Siyahının ilk üçlüyünə Tailandın Çianqmay və İspaniyanın Barselonaşəhərləri daxildir. 

Daha sonra Tailandın Pattaya kurortu və Kanadanın Vankuver şəhəri gəlir. 

İlk onluqda Mayami (ABŞ), San-Fransisko (ABŞ), Lissabon(Portuqaliya), Denpasar (Bali, İndoneziya) və Buenos-Ayres (Argentina) də yer alıb.

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır