Bu günə olan Tehran-Bakı aviareysi də ləğv olundu
07 FEVRAL
185

Bu günə olan Tehran-Bakı aviareysi də ləğv olundu

Fevralın 7-da həyata keçirilməli olan Tehran-Bakı aviareysi ləğv olunub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verlir ki, “Iran Air” aviaşirkətinin yerli vaxtla saat 12:05-də “IR 778” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Aviareys “Airbus A310-200” təyyarəsi ilə həyata keçirilməli idi. 

Tehran-Bakı aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil. 

Qeyd edək ki, Fevralın 6-da həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilmişdi.

“Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 09:15-də “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilmişdi.Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 10:30-da Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunmuşdu. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.

©Azertac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır