Gəncədə və Hacıkənddə yeni otellər tikilir
11 MART
249

Gəncədə və Hacıkənddə yeni otellər tikilir

Hazırda Gəncə şəhərində 5, onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində isə 1 yeni otel tikilir. 

Şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində inşa edilən və ümumi sahəsi 5 min 586 kvadratmetr olan “Majestic Palace” mehmanxanasının daxilində hazırda son tamamlama işləri görülür. 

Şəhərin mərkəzində, Nağı bəy Şeyxzamanlı küçəsində inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan, 8 mərtəbəli “Otel Univermaq”da, həmçinin Nizami Gəncəvi prospektindəki 8 mərtəbəli və 4 mərtəbəli otelllərin də binasında tikinti işləri yekunlaşıb. 

Eyni zamanda, şəhərin Şah İsmayıl Xətai prospektində 4 mərtəbəli, Zərifə Əliyeva prospektində isə 2 mərtəbəli mehmanxanalar da inşa edilir. 

Hacıkənd qəsəbəsində tikilən 7 mərtəbəli ARFA mehmanxanasının daxilində son tamamlama işləri görülür. ARFA mehmanxanasının istifadəyə verilməsi Hacıkənd və Göygöldə qış turizminin inkişafına töhfə olacaq. 

© Azərtac

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır