Daha bir ölkə “Boeing”dən imtina etdi
12 MART
241

Daha bir ölkə “Boeing”dən imtina etdi

Sinqapurun Mülki aviasiya İdarəsi Efiopiyada baş verən aviaqəzadan sonra “Boeing 737 MAX” sərnişin təyyarəsinin istismarını müvəqqəti olaraq dayandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, qurum “737 MAX” laynerinin iştirakı ilə bu yaxınlarda baş vermiş qəzalarla bağlı narahatdır və buna görə adıçəkilən modeldən olan “Boeing” təyyarələrinin uçuşuna məhdudiyyət qoyub.

Məhdudiyyətin martın 12-də qüvvəyə mindiyi bildirilir.

Sinqapurun Mülki Aviasiya  İdarəsinin mütəxəsisləri hazırda “Boeing” təyyarələri ilə bağlı mümkün risklər üzrə məlumat toplayır.

Xatırladaq ki, bir gün əvvəl (11 mart) Çin, Efiopiya və Böyük Britaniya analoji addımı ataraq sözügedən modeli istismardan çıxarmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır