“AirBaltic” Riqa-Bakı aviareysini bərpa edir
15 MART
351

“AirBaltic” Riqa-Bakı aviareysini bərpa edir

Bu ilin mayın 2-dən etibarən Latviyanın “AirBaltic” şirkəti Riqa-Bakı marşrutu üzrə birbaşa aviareysi bərpa edəcək. Bu barədə aviaşirkətdən bildirilib.

“Mayın 2-də Riqa-Bakı-Riqa marşrutu üzrə başlanacaq uçuşlar cari ilin oktyabr ayının 24-dək davam edəcək. Bakıdan Riqaya uçuşlar hər həftənin I və IV günləri saat 04:10-da yerinə yetiriləcək”, - deyə aviaşirkətdən bildirilib.

Qeyd edək ki, hər iki istiqamətə biletin minimal qiyməti 137 avro təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır