Azərbaycandan Gürcüstana gedənlərin sayı daha da artıb
05 APREL
342

Azərbaycandan Gürcüstana gedənlərin sayı daha da artıb

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə gedənlərin sayı 11 865 nəfər və ya 11,3% artıb. Bu göstərici ilə Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayına görə birinci yeri tutub. 

Azərbaycandan sonra ilk üçlükdə 98 480 nəfərlə Rusiya, 84 403 nəfərlə isə Ermənistan yer alıb.

Mart ayında Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı illik müqayisədə 6,4% artaraq 619 325 nəfər təşkil edib. Səfər edənlərin 328 486 nəfəri turistlər olub. Qonşu ölkəyə səfər edən turistlərin sayı ötən ilin analoji göstəricisi ilə müqayisədə 13 536 və yaxud 4,3% çoxdur.  

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır