Voronejdən Bakıya birbaşa aviareyslər açılacaq
09 APREL
278

Voronejdən Bakıya birbaşa aviareyslər açılacaq

"Nordwind Airlines" aviaşirkəti bu ilin yayında Rusiyanın Voronej şəhərindən Bakıya birbaşa reyslər açmağı planlaşdırır. 

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Voronej Hava Limanını idarə edən "Aviaservis" MMC-nin baş direktorunun müşaviri Andrey Şaqunov deyib.

"Hazırda tərəflər bu barədə danışıqlar aparır. Yayda Voronej hava limanından Bişkek, İstanbul, Daşkənd, Tbilisi və Minskə də birbaşa aviareyslər açılacaq", - deyə A.Şaqunov qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır