Rusiyaya giriş vizalarının verilməsi müddəti azaldıla bilər
10 APREL
497

Rusiyaya giriş vizalarının verilməsi müddəti azaldıla bilər

"Rusiya Federasiyasına giriş vizalarının verilməsi müddətinin 20 gündən 10 günədək azaldılması, viza üçün sənədləşdirmə müddətinin də artırılması ölkəyə turist axınının artmasına gətirib çıxaracaq".

Turizm.fins.az xəbər verir ki, bunu “Sərhədsiz dünya” Turizm Assosiasiyasının icraçı direktoru Aleksandr Aqamov bildirib.

Bundan əvvəl həmin qurum tərəfindən Rusiyaya turist axınının daha da artmasına nail olmaq üçün viza rejimini liberallaşdırmaq istiqamətində addımların atılması barədə təkliflərin ölkənin İqtisadi İnkişaf Nazirliyinə təqdim olunduğu bildirilmişdi. O cümlədən bununla bağlı elektron vizaların tətbiqini daha da genişləndirmək barədə çox sayda təkliflərin gəldiyi də qeyd olunur. Belə ki, turizm şirkətləri mövcud qaydaya əsasən, elektron viza almaq üçün ərizələrin 20 gün əvvəldən qəbulu ölkəyə gəlmək istəyənlər üçün əlverişsiz olduğu qənaətindədir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır