Azərbaycanda arıçılıq turizmi yaradılacaq
10 APREL
459

Azərbaycanda arıçılıq turizmi yaradılacaq

Azərbaycan Arıçılar Assosiasiyası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO ilə birlikdə ölkədə arıçılıq turizminin yaradılması ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Bu barədə Assosiasiyanın sədri Bədrəddin Həsrətov məlumat verib. 

Onun sözlərinə görə, bu ilin yay aylarında reallaşdırılması nəzərdə tutulan layihəyə Avropa İttifaqı maliyyə dəstəyi vermək istəyir. 

"Layihə çərçivəsində Qax rayonunda olan arıçılıq təsərrüfatının bazasında bir sıra işlərin görülməsi planlaşdırılır. Arıçılıq turizminin mahiyyəti odur ki, turistlərə bal və digər arıçılıq məhsullarının istehsalı prosesinə izləmək şəraiti yaradılır". 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır