Azərbaycanda mehmanxana müəssisələrinin sayı 600-ə yaxınlaşıb
15 APREL
207

Azərbaycanda mehmanxana müəssisələrinin sayı 600-ə yaxınlaşıb

Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda 596 mehmanxana müəssisəsi qeydiyyatdan keçib. 2018-ci il ərzində 33 yeni otel fəaliyyətə başlayıb, onlardan 15-i Bakıdadır. Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. 

Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin yerləşə biləcəyi 22,2 min nömrə var (+6,8%). Bakının mehmanxana nömrələrinin xüsusi çəkisi ölkənin mehmanalarının nömrə fondunun 46%-dən çoxunu təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır