Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan qurumların siyahısına dəyişiklik edilib
15 APREL
479

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edib.

Turizm.fins.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları idarəetmə Mərkəzi Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır