Küveyt aviaşirkəti Bakıya xüsusi uçuş təşkil edəcək
14 MAY
391

Küveyt aviaşirkəti Bakıya xüsusi uçuş təşkil edəcək

Küveytin “Jazeera Airways” aviaşirkəti UEFA Avropa Liqasının finalı üçün Bakıya xüsusi uçuş təşkil edəcək.

Şirkətin rəsmi saytına istinadən verilən məlumata görə, bu barədə şirkətin baş direktoru Rohit Ramaçandran açıqlama verib.  

“Ölkədəki futbol azarkeşlərini Avropa Liqasında mövsümünün ən böyük oyununu Küveytdən sadəcə iki saat uzaqlıqda izləmək üçün Bakıya aparmaqdan məmnunuq” – deyə baş direktor bildirib.

Bakıya gələcək təyyarənin oyun günü – mayın 29-da saat 11:30-da Küveytdən çıxacaq, 14:30-da isə Bakıya çatacaq. Azarkeşlər mayın 30-u saat 5:00-da Bakıdan çıxacaq və 7:20-də Küveytə çatacaqlar. 

Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasındakı final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır