Azərbaycanlıların bu şəhərə girişi qadağan edildi
17 MAY
5297

Azərbaycanlıların bu şəhərə girişi qadağan edildi

Tatarıstan və Dağıstanda dünyaya gələn Rusiya vətəndaşlarının Çinin Fuyuan şəhərinə girişinə qadağa qoyulub. Bu barədə “Tatar-inform”a  Xabarovsk şəhər sakini bildirib.

İnformasiyanı Çinə səfərlər təşkil edən turizm şirkətləri də təsdiqləyib.

“Çin tərəfi rəsmi sənədləri təqdim etməyib. Lakin praktikada onlar dərhal xəbərdarlıq edərək girişə imkan vermirlər. Düşünürəm ki, onlar dini prinsiplərə görə müsəlman terrorizmindən çox qorxurlar”, – deyə Xabarovskda fəaliyyət göstərən “Sahekspo” turagentliyindən bildirilib.

“Laquna tur” şirkəti qadağanın həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda doğulan insanlara da şamil olunduğunu açıqlayıb.

Mənbələrin sözlərinə görə, bu qadağa cari ilin yanvar və ya aprel aylarından tətbiq edilməyə başlanıb.

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır