Bu ilin ilk rübündə Naftalana gələn turistlərin sayı artıb
20 MAY
310

Bu ilin ilk rübündə Naftalana gələn turistlərin sayı artıb

Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sahəsi bu ilin ilk rübündə də əvvəlki illərlə müqayisədə dinamik inkişafda olub.

Bu ilin ilk 3 ayı ərzində Naftalanda dincələn və müalicə olunan 5545 turist qeydə alınıb.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Onlardan 2245 nəfəri xarici turistlər olub. 

Şəhərin “Çinar”, “Qaşaltı” və “Qarabağ” otellərində Novruz bayramı ərəfəsində boş yer olmayıb. Həmin günlərdə ümumilikdə 1000 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb. 

Hazırda şəhərdə fəaliyyət göstərən 10 sanatoriya və müalicə mərkəzi (onlardan 3-ü beşulduzludur) 2200-dən çox turisti qəbul etmək imkanına malikdir. 

Bununla yanaşı, turistlərin sayındakı artımı və tələbatı nəzərə alaraq Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yeni sağlamlıq-istirahət mərkəzləri açmaq istəyən sahibkarların cəlb edilməsi istiqamətində iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır