Bu ilin I rübündə Azərbaycana 112 mindən çox Gürcüstan vətəndaşı səfər edib
24 MAY
699

Bu ilin I rübündə Azərbaycana 112 mindən çox Gürcüstan vətəndaşı səfər edib

Bu ilin I rübündə xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının sayı 677,4 min nəfər təşkil edib.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib.

Səfərlərin 44,7%-ni 31-50 yaş qrupuna daxil olan şəxslər (303 min nəfər) həyata keçirib. Onların 45,3%-ni qadınlar, 54,7%-ni isə kişilər təşkil edib.

Ziyarətçilərin 216,5 min nəfəri turist olub. 

Xarici səfərlərin 37,3%-i dost və ya qohumları ziyarət, 26,2%- alış-veriş, 15,6%-i biznes, 15%-i istirahət, 4,2%-i müalicə, 1,6%-i isə digər məqsəd daşıyıb.

Gürcüstandan xarici ölkələrə səfər edənlərin böyük əksəriyyəti Türkiyə və Azərbaycanı seçiblər. Hesabat dövründə Türkiyəyə 191,9 min nəfər (38,7%), Azərbaycana isə 112,1 min nəfər (22,6%) Gürcüstan vətəndaşı səfər edib.

Yanvar-mart aylarında Gürcüstandan olan ziyarətçilərin xarici ölkələrdə orta gecələmə müddəti 3,4-ə bərabər olub. Ziyarətçilərin 91,6%-ni həmin ölkələrə təkrar səfər edənlər təşkil edib.

Xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının 45,8%-i səfərdən çox məmnun qaldıqlarını bildiriblər.

Gürcüstan vətəndaşlarının xarici səfərlər zamanı xərcləri 359,3 mln. lari təşkil edib. Bir səfər üçün orta xərclər 741 lariyə bərabər olub. Xərclərin 33%-i qida və içkilərə, 25,9%-i alış-verişə, 20,5%-i yerləşməyə, 7,8%-i müxtəlif istirahət növlərinə, 4,9%-i yerli nəqliyyata sərf olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır