Sərnişinlər: AZAL təyyarələrində verilən yeməklər ən dadlılardandır
04 İYUN
547

Sərnişinlər: AZAL təyyarələrində verilən yeməklər ən dadlılardandır

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarələrdə təqdim olunan yeməklər ən dadlı qidalardan biridir.

Tutu.ru səyahət xidməti sərnişinlərin belə düşündüyünü yazır.

AZAL bu göstərici üzrə şirkətlər arasında 9,35 xalla ikinci sırada qərarlaşıb.

Səyahət xidməti 2018-ci ilin aprelindən cari ilin aprelinə qədər sərnişinlərin uçuşdan sonra saytlara daxil etdiyi 27,5 minə yaxın qiymətləndirməni təhlil edib. Məlum olub ki, sərnişinlər AZAL-ın reyslərində verilən yeməklərin dadlı və doyumlu olduğunu bildiriblər:

“Sərnişinlər göyərtədə təqdim edilən isti yeməklərdən əlavə, salatlar, desertlər, ləbləbi, eləcə də, qeyri-məhdud sayda çay və kofeni çox bəyəniblər. Bundan başqa, səyahət edənlər şərabdan ləzzət alıblar”.

Ən dadlı yeməklər təqdim edən şirkətlərin ilk onluğu:

Aviaşirkətlər

Ölkə

Qiymətləndirmə (qida)

Uzbekistan Airways

Özbəkistan

9,54

Azerbaijan Airlines

Azərbaycan

9,35

Turkish Airlines

Türkiyə

9,08

Lufthansa

Almaniya

9,01

Air Astana

Qazaxıstan

8,98

Georgian Airways

Gürcüstan

8,78

Ellinair

Yunanıstan

8,78

Somon Air

Tacikistan

8,78

Aegean Airlines

Yunanıstan

8,77

Air Moldova

Moldova

8,72

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır