Ekspert: Rusiyalı turistlər Gürcüstanı Azərbaycana dəyişirlər
10 İYUN
217

Ekspert: Rusiyalı turistlər Gürcüstanı Azərbaycana dəyişirlər

Gürcüstanda bahalaşma rusiyalı turistlərin istirahət üçün daha çox Azərbaycanı seçmələrinə səbəb olub.

Bu barədə “RATA-news” “Jarkov-tur” şirkətinin baş direktoru Andrey Jukova istinadən məlumat yayıb.

Rusiya Gürcüstana səfərlərin sayı üzrə ilk sıradadır. Bu ilin beş ayı ərzində Cənubi Qafqaz ölkəsinə 539,4 min rusiyalı turist (il ərzində 14 faiz artım) səyahət edib.

A.Jukov bildirib ki, adətən, insanlar səfərin xərclərini öyrəndikdən sonra digər istiqamətlərə, daha çox qonşu Azərbaycana üz tuturlar.

Ekspertin sözlərinə görə, bu ölkədə qiymətlər ötən illə müqayisədə, 30 faiz artıb. Buna görə də Gürcüstana tələbatın artacağını gözləməyə dəyməz.

Şirkət rəhbəri hesab edir ki, məhz qiymət məsələsi Gürcüstana turist səfərlərinin təşkilinin artmasına mane olur:

“Bu il Gürcüstan istiqaməti ikinci ildir ucuz başa gələn Azərbaycana səyahətə uduzur. Müştərilər də bunu müşahidə edirlər”.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-aprel aylarında ölkəyə gələnlərin 27,3 faizi Rusiya vətəndaşları olub. Cari ilin aprelində Azərbaycana 64,5 min, ilin ilk dörd ayı ərzində isə 231 min Rusiya vətəndaşı səfər edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır