Xəzər dənizində kruizlərin təşkil olunacaq vaxt açıqlanıb
13 İYUN
421

Xəzər dənizində kruizlərin təşkil olunacaq vaxt açıqlanıb

"Xəzər dənizində təşkil olunacaq kruizlərin 2020-ci ildə başlanması gözlənilir". 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və onları "Pyotr Velikiy" gəmisi ilə həyata keçirilməsi nəzərdə tutulur: "Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıtmış, Rusiyadakı tərəfdaşlardan tələb etmişdir ki, bu iş tezləşdirilsin". 

O əlavə edib ki, Azərbaycan tərəfi Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır: "Azərbaycan həmin gəmi üçün artıq dayanacaq ayırıb. Xəzər dənizində kruizlərin 2020-ci ildə başlanması gözlənilir. Bu Xəzəryanı 5 dövləti əhatə edəcək. Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var".

O qeyd edib ki, layihə tam olaraq Rusiyanın layihəsidir: "Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun". 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır