Səudiyyə Ərəbistanında halal gecə klubu fəaliyyətə başlayıb – VİDEO
19 İYUN
953

Səudiyyə Ərəbistanında halal gecə klubu fəaliyyətə başlayıb – VİDEO

İslam tarixində ilk dəfə olaraq gecə klubu fəaliyyətə başlayıb.

Turizm.fins.az xəbər verir ki, gecə klubu ərəb ölkələri içərisində ilk dəfə olaraq Səudiyyə Ərəbistanında açılıb.

Ciddə şəhərində açılan “halal gecə klubu”na 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Verilən məlumata görə, həmin klubda spirtli içki verilmir. Həmçinin gecə klubunda foto və video çəkmək qadağandır.

Xatırladaq ki, 2018-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə olaraq opera və caz festivalı keçirilib. Həmin ilin aprel ayında isə kinoteatr fəaliyyətə başlayıb.

BAKU.WS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır